Şevçenko millidən pula görə ayrılıbbackend

Şevçenko millidən pula görə ayrılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Andrey Şevçenkonun futbol üzrə Ukrayna millisinin baş məşqçi postundan getməsinin səbəbləri məlum olub.

Editor.az modern.az-a istinadən xəbər verir ki, Şevçenko Ukrayna Futbol Federasiyası ilə yeni müqavilənin maliyyə şərtlərini razılaşdıra bilməyib. O, bu səbəbdən millidən ayrılmaq qərarına gəlib.

Məlumata görə, Şevçenko bütün məşqçi heyəti üçün 3 milyon dollar istəyib, lakin Federasiya 1,5 milyon dollardan artıq ödəməyə hazır olmadığını bəyan edib.

Qeyd edək ki, Ukrayna millisi Avropa Çempionatında 16 milyon avro gəlir əldə edib