Sevdiyi qızı maşında bıçaqlayıb avtomobili dərəyə aşırdı – Bakıdabackend

Sevdiyi qızı maşında bıçaqlayıb avtomobili dərəyə aşırdı – Bakıda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Dünən 13 radələrində Yasamal rayonu Yeni Dairəvi yolunda dəhşətli yol qəzası baş verib. 
Editor.az-ın Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, yolun kənarındakı dərədə aşmış vəziyyətdə olan “Daewoo” markalı avtomobil və onun yanında kişi və qadın meyiti olması barədə DİN-in “102- Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub.
Yasamal RPİ 28-ci PB-nin əməkdaşları tərəfindən aparılmış araşdırmalarla avtomobilin MMC-lərdən birinə məxsus olması, meyitlərin Bakı şəhər sakini V.Abbasov və Sabirabad rayon sakini A.Əliyeva olması müəyyən edilib.
Onlar V.Abbasovun idarə etdiyi “Daewoo” markalı avtomobili dərəyə aşırması nəticəsində ölüblər.
ONA-nın məlumatına görə, sürücü Vasif Abbasov sevgilisi, 1990-cı il təvəllüdlü Əliyeva Aygün Hüseynağa qızını avtomobildə bıçaqlayıb. Daha sonra Bakı Dairəvi Yolunun Yasamal rayonu ərazisindən keçən hissəsində maşını dərəyə yuvarlayaraq intihar edib.
Yasamal RPİ tərəfindən araşdırma aparılır.