Severodonetskdə Ukrayna üçün vəziyyət getdikcə pisləşirbackend

Severodonetskdə Ukrayna üçün vəziyyət getdikcə pisləşir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Severodonetsk şəhərini Ukraynanın nəzarətində olan ərazilərlə birləşdirən Severski Donets çayı üzərindəki bütün əsas körpülərin dağıdıldığı ehtimal olunur.

Editor.az xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının gündəlik hesabatında deyilir. “Ukrayna, çox güman ki, əvvəllər şəhərə nəzarət edən döyüş hissələrinin əksəriyyətini geri çəkməyə çalışıb. Bütövlükdə Ukrayna qüvvələri və çayın şərq hissəsində qalan mülki əhali üçün vəziyyət olduqca çətin olaraq qalır”, – bəyanatda deyilir. Körpülərin dağıdılması ehtimalınə nəzərə alsaq, indi Rusiya taktiki üstünlüyünü əməliyyat üstünlüyünə çevirmək üçün ya çay keçidləri tikməli, ya da cinahlarla irəliləməlidir.

“Donbasdakı Rusiya döyüş qüvvələrinin səpələnmiş və ciddi şəkildə zəif qruplar şəklində fəaliyyət göstərməsi ehtimal olunur. Ukrayna hakimiyyətinin məlumatına görə, adətən 600-800 nəfərdən ibarət olan bəzi rus taktiki qrupları (BTQ) indi vur-tut 30-dək əsgər toplaya biliblər”. Həmçinin bildirilir ki, cəbhə xəttində yerləşən şəhərlərdə döyüşən hər iki tərəf üçün döyüşlər getdikcə daha çox kiçik qoşun qruplarına keçir və onlar da adətən piyada fəaliyyət göstərirlər. “Rusiyanın bəzi güclü tərəfləri, məsələn, tankların sayında üstünlüyü bu mühitdə əhəmiyyətini itirir. Bu, çox güman ki, irəliləyişin tempinin aşağı düşməsinə səbəb olur”, – hesabatda deyilir.

Editor.az