Sevgilisinə görə dörd uşağını atan qadın axtarılır: Valideynlik hüququndan məhrum edilə bilərbackend

Sevgilisinə görə dörd uşağını atan qadın axtarılır: Valideynlik hüququndan məhrum edilə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Həkim müayinəsi zamanı uşaqların səhhətində çox ciddi problemlər aşkarlanıb. Uşaqların dördündə də qotur xəstəliyi təsbit edilib”.

Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin təsisçisi Kəmalə Ağazadə deyib.

O bildirib ki, uşaqları dərhal Respublika dəri-zöhrəvi dispanserinə yerləşdiriliblər:

“Onların heç bir sənədi yoxdur. Hüquq-mühafizə orqanları ananın axtarışlarını davam etdirirlər. Artıq ilkin məlumatlar da var. Çox güman ki ana Mingəçevirdədir. Onun valideynlik hüququnun məhdudlaşdırılması ilə bağlı aidiyyəti qurumlara müraciət ediləcək. Sosial Xidmətlər Agentliyinin nümayəndələri gəlib ilkin olaraq uşaqların vəziyyətini qiymətləndiriblər”.

14:56

Bakıda küçədə valideyni tərəfindən tərk edilmiş dörd uşaq tapılıb.

bu barədə məlumatı Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin təsisçisi Kəmalə Ağazadə özünün sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, uşaqları üç gün öncə Nizami Rayon Polis İdarəsinin (RPİ) 23-cü Polis Bölməsinin əməkdaşları tapıblar.

K.Ağazadə qeyd edib ki, uşaqlar tibbi müayinə məqsədi ilə Ə.Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanasına yerləşdirilib:

“Sosial Xidmətlər Agentliyi tərəfindən “Azərbaycan Uşaqları” İctimai Birliyinin Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinə yerləşdiriliblər. Uşaqların təxminən 14, 5, 4 yaşları və ən kiçiyi isə 5-6 aylıq olar. Böyük qız deyir ki, anası sevgilisi ilə onları parkda qoyub, kirayə ev tapmağa getdiyini deyib. O gedən gedib. Polis əməkdaşları onları tapıb, bölməyə aparıblar.

Böyük qız bildirir ki, balaca olanda Mingəçevirdə yaşayıblar. Anasının adı Günay, nənəsinin adı Nəcibədir. Böyük qızın adı Günəş, atasının adı Asim olmalıdır. Heç bir sənədləri yoxdur. Ehtimal edilir ki, bir müddət Xırdalanda da qalıblar”.