Qan donduran hadisə iyulun 2-də axşam saatlarında Türkiyənin Kayseri şəhərində baş verib.
İddiaya görə, Osman Can Gündüz dostları ilə birlikdə avtomobillə gedərkən səkidə sevgilisini görərək yanına yaxınlaşıb. Bu vaxt qızın atası Gündüzü görüb və onu qovmağa başlayıb. 16 yaşlı Gündüz dostlarının maşınına minərək avtomobillə qaçmağa çalışıb.
Ata qızı ilə birlikdə öz avtomobili ilə Osman Can Gündüzün mindiyi avtomobilin arxasınca gedib və onu saxlamağa müvəffəq olub. Maşından düşərək Gündüzün olduğu avtomobilə tərəf yönələn ata yanındakı tapança ilə Osman Canı vuraraq qızı ilə birlikdə hadisə yerindən uzaqlaşıb.
Hadisə yerinə polis və təcili tibbi yardım qrupları gəlib. Ağır yaralanan Gündüz həkimlərin ilkin müdaxiləsindən sonra Erciyes Universiteti Tibb Fakültəsi Xəstəxanasına aparılıb. Gündüz həkimlərin bütün müdaxiləsinə baxmayaraq 17 gün sonra dünyasını dəyişib.
Hələlik polis hadisə yerindən qaçan ata və qızı yaxalaya bilməyib.
//Samir Qurbanov, Editor.az

