37 saylı Nizami İkinci (Gəncə) Seçki Dairəsinin Dairə Seçki Komissiyasının (DSK) sədri Seymur Hüseynov vəfat edib.
Editor.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qeyd edilib.
Onun vəfat etməsi ilə əlaqədar bu DSK-ya yeni üzv seçilib.
Yeni Azərbaycan Partiyası DSK üzvlüyünə yeni namizəd irəli sürüb. Belə ki, yeni namizəd İbrahim Cəfərovun namizdəliyi iclasında müzakirəyə çıxarılıb və qəbul edilib.

