Seyşel adalarında sənaye bölgəsində baş verən partlayış və 3 nəfərin həyatına son qoyan sel nəticəsində yaranan dağıntılar səbəbindən fövqəladə vəziyyət (OHAL) elan edilib.
Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, Hind okeanında arxipelaq ölkəsi Seyşel adalarının Mahe adasındakı sənaye zonasında partlayıcı materialların olduğu anbarda şiddətli partlayış baş verib. Bölgəyə 4 kilometr aralıda yerləşən sənaye zonasında, ətrafdakı binalarda və hava limanında iş yerləri zərər görərkən çox sayda insan yaralanıb. Bundan əlavə, gecə boyu yağan leysan yağışları sel və sürüşmələrə səbəb olub. Ev uçması nəticəsində isə 3 nəfər həyatını itirib.
Seyşel Adaları Rəyasət Heyətindən verilən açıqlamada böyük ziyana səbəb olan partlayış və sel səbəbiylə fövqəladə vəziyyət elan edildiyi açıqlanıb. Açıqlamada hər kəsdən evdə qalmasının istəndiyi, bütün məktəblərin bağlandığı, yalnız əsas xidmətlərdə çalışan işçilərin və səyahətçilərin sərbəst hərəkət etməsinə icazə verildiyi bildirilib.
Qeyd edək ki, 115 adadan ibarət turizm ölkəsi olan Seyşel adaları təxminən 100 min əhalisi ilə Afrikanın ən az məskunlaşan ölkəsi kimi tanınır.
//Səbinə Hüseynli, Editor.az

