Seysmoloqdan PROQNOZ: “Keçən illə müqayisədə seysmik aktivlik artır”backend

Seysmoloqdan PROQNOZ: “Keçən illə müqayisədə seysmik aktivlik artır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanda dağıdıcı zəlzələnin olması mümkün deyil. Çünki yer dibində olan plitələrin digər ölkələrin yer qabığında olan plitələriylə müqayisədə o qədər aktiv deyil”.

Editor.az xəbər verir ki, bu barədə Seysmoloq Qulam Babayev referans.az-a olan açıqlamasında bildirib.

“Hazırda keçən illə müqayisədə seysmik aktivlik artır. Biz Seysmoloji Mərkəzin məlumatlarına əsasən, zəlzələ haqqında xəbər alırıq. Əvvəlki, dövrlərlə müqayisə etsək, zəlzələ tez-tez baş verir.

Təbii ki, güclü zəlzələnin baş verməsini demək çətindir. Bunu heç bir seysmoloq əvvəlcədən deyə bilməz. Baxmayaraq ki, dünyada bir neçə yanaşmalar var. Orta müddətli proqnoz, uzunmüddətli proqnoz, yerlə ayın bir birinə olan cazibə qüvvəsi, günəşin partlayışı, maqnit sahəsinin qüvvətləndirilməsi və s.

“Lakin güclü zəlzələlərin baş verməsinə gəldikdə isə bunu heç bir seysmoloq deyə bilməz. Amma bu 3 ay ərzində müşahidə etdiyim zəlzələlərin təhlilinə gəldikdə, il ərzində bu prosesin baş verməsi qaçılmazdır. İtaliya, Türkiyə və Yaponiya ərazisi ilə müqayisə etsək, Azərbaycanda dağıdıcı zəlzələnin olması mümkün deyil. Çünki yer dibində olan plitələrin digər ölkələrin yer qabığında olan plitələriylə müqayisədə o qədər aktiv deyil.

Güclü zəlzələlər ola bilər, lakin dağıdıcı olması mümkün deyil. Ümumiyyətlə, zəlzələnin baş vermə prosesi bir neçə tipə səciyyələnir: hiss olunmayan-gün ərzində baş verən, hiss olunan-güclü, dağıdıcı və katostrafik. 2024-cü ildə hiss olunan zəlzələlərin baş verməsi qaçılmazdır”.