Şeyx Vyanada Qarabağ münaqişəsindən danışdıbackend

Şeyx Vyanada Qarabağ münaqişəsindən danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Avstriyanın paytaxtı Vyanada KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Direktorlar Şurasının iclasında iştirak edib.

QMİ-dən verilən məlumata görə, iclasda çıxış edən QMİ sədri KAICIID Baş katibi Feysal bin Muammara və Direktorlar şurasının üzvlərinə Azərbaycan və Qafqaz müsəlmanlarının səmimi salamlarını, dövlət başçımızın xeyir-dualarını çatdırıb.

O, videokonfransın gedişində pandemiya səbəbindən öncədən nəzərdə tutulan görüşlərin müvəqqəti təxirə salındığını, lakin proqram üzrə layihə və təşəbbüslərin həyata keçirilməsi yönündə səylərin davam etdirildiyini vurğulayıb.

Tədbirin gedişində bir sıra önəmli məsələlər, o cümlədən mərkəzin idarəetmə sistemi ilə bağlı, KAİCİİD-in inkişaf strategiyası ətrafında müzakirələr aparılıb, qurumun idarəçiliyinə dair struktur dəyişikliklər edilib.

A.Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin nəzdində təsis olunmuş “Bakı Beynəlxalq dinlər və sivilizasiyalararası əməkdaşlıq Mərkəzi”nin (BCIC) KAİCİİD Dialoq Mərkəzi ilə müştərək fəaliyyət istiqamətlərinin perspektivləri barədə Şura üzvlərini məlumatlandırıb. O, postpandemiya dövründə müxtəlif lokal və beynəlxalq tədbirlərin keçiriləcəyini və həmin tədbirlərdə dinlər və sivilizasiyalar arası əməkdaşlıq ideyalarının davamlı təbliğinin prioritet olacağını bəyan edib.

KAICIID Beynəlxalq Dialoq Mərkəzinin Direktorlar Şurasının üzvləri A. Paşazadənin Nobel Sülh mükafatı kimi nüfuzlu bir təltifata namizədliyinin təsdiqi xəbərini yekdilliklə bəyənərək, beynəlxalq qurum olaraq, bu mötəbər təqdimata dair müsbət rəylərini müvafiq ünvana yönəltmək iradələrini ifadə edbilər.

İyul ayında Azərbaycan-Ermənistan sərhədində baş vermiş erməni təxribatı barədə iclas iştirakçılarını məlumatlandıran A.Paşazadə 20 faiz torpaqlarımızı zəbt etmiş Ermənistan tərəfinin aqressiyasının miqyasının artması, mülki əhalini hədəf alması və işğal olunmuş ərazilərimizdə dini abidələrə təcavüz etməsi səbəbindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həlli istiqamətində səylərin nəticəsiz qalmasını Şura üzvlərinin diqqətinə çatdırıb.