Şeyxdən həyat yoldaşı ilə bağlı şok addım: “Yaxınları ilə birlikdə telefonunu…”backend

Şeyxdən həyat yoldaşı ilə bağlı şok addım: “Yaxınları ilə birlikdə telefonunu…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dubay əmiri Şeyx Məhəmməd ibn Rəşid əl-Maktum keçmiş həyat yoldaşı şahzadə Həyya bint əl-Hüseynin və onun ətrafındakı insanların telefonlarını hack etdirməyi əmr edib.

bu, kral ailəsindən olan uşaqların qəyyumluq məsələləri ilə məşğul olan London Ali Məhkəməsinin gəldiyi qənaətdir. Qərarda deyilir ki, şeyx İsrailin “NSO” kompaniyası tərəfindən hazırlanmış “Pegasus” proqramından istifadə edib.

“Reuters” agentliyinin bununla bağlı materialında bildirilir ki, şeyx “davamlı təhdid və qorxutma kampaniyası” şərçivəsində hərəkət edib. 1,5 il əvvəl məhkəmə Məhəmmədin özünün iki uşağını oğurladığı, onlarla pis davrandığı və onları iradələrinə zidd olaraq saxladığı qənaətinə gəlib. Mətbuatda yayılan xəbərlərə görə, onun yaxınları Londonda Həyyanın daşınmaz əmlakının yanında malikanə almağa çalışıblar. Onlar bu yolla “şahzadəni özünü təhlükəsiz şəraitdə hiss etməməyə” məcbur ediblər. Şeyx məhkəmə qərarının natamam bir şəkil üzərində qurulduğunu bildirərək onunla razılaşmayıb.

“Mən mənə qarşı irəli sürülən bütün ittihamları həmişə rədd etmişəm və yenə də bunu davam etdirirəm”, – deyə “Reuters” Şeyx Məhəmməd bin Rəşid əl-Maktumun sözlərindən sitat gətirir.

72 yaşlı Məhəmməd və 47 yaşlı Həyya qadının iki uşağı – 13 yaşlı Cəlilə və 9 yaşlı Zayed ilə birlikdə Böyük Britaniyaya qaçdıqdan sonra qəyyumluq üstündə uzun, kəskin və bahalı davaya giriblər. Şahzadə onun ingilis cangüdənlərindən biri ilə roman yaşadığına dair şübhələr fonunda təhlükəsizliyi üçün qorxduğunu söyləyib.

Teleqraf.com