Şeyxin Ərdoğana yazdığı məktub yayıldı – Mübariz Mənsimovun xahişini edib?backend

Şeyxin Ərdoğana yazdığı məktub yayıldı – Mübariz Mənsimovun xahişini edib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanlı iş adamı Mübariz Mənsimovun azadlığa çıxması ilə  bağlı sensassion fakt üzə çıxıb.

Mübariz  Mənsimovun  azadlığa  buraxılmasında   Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı  Allahşükür  Paşazadənin   rolu  olubmuş.

Belə ki, Bütün  Qafqazın  Şeyxi  H.A.Paşazadə  iş adamı Mübariz  Mənsimovun azadlığa  buraxılması üçün  Türkiyə  Prezidenti  Rəcəb  Tayyip  Ərdoğana  məktub yazıbmış. Etibarlı  mənbənin  verdiyi  məlumata  görə, Şeyxin Ərdoğana  yazdığı məktubda  onun azadlığa  buraxılmasını  xahiş  etməsi  əks olunub.

“Mübariz Mənsimovun atasının  ağır  xəstə  olmasını,anasının  ahıl  yaşını, öhdəsində azyaşlı uşaqlarının olmasını  nəzərə  alaraq, Zati-ailələrinizin ali mərhəmətinə güvənərək rica edirik  ki, Türkiyə ədalət məhkəməsi sürəcində Mübariz Mənsimova mərhəmət nümayiş etdirərək, həbsin ev şəraiti ilə əvəz olunmasına yardımçı olasınız”, deyə Şeyxülislam Hacı Allahşükür Paşazadə Ərdoğana yazdığı məktubda qeyd edib.

Türkiyədə olan  etibarlı  mənbənin  verdiyi  məlumata  görə, qeyd  olunan  məktubdan  sonra Mübariz  Mənsimov  azadlığa  buraxılıb. Mənbənin bildirdiyinə  görə, Mübariz  Mənsimovun  azadlığa  buraxılmasında  Şeyxin Ərdoğanın yanında  xüsusi  nüfuza  və  hörmətə  sahib  olmasının  mühüm  rolu  olub.

Qeyd edək ki, sözügedən məktubu  Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Roma Katolik Kilsəsinin Azərbaycandakı Yepiskopu Vladimir Fekete də imzalayıb.

 

 

Oxu24.com