Şeyxin qızını girov saxlaması iddialarına CAVABbackend

Şeyxin qızını girov saxlaması iddialarına CAVAB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BƏƏ-nin baş naziri və Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Məktumun qızı şahzadə Lətifəyə evdə qulluq edilir.

Editor.az qafqazinfo-ya istinadən xəbər verir ki, şeyxin qızı Lətifənin atasının onu evdə girov götürdüyü və həyatı üçün narahat olduğunu dediyini əks etdirən görüntülərdən sonra BƏƏ-nin Londondakı səfirliyi belə bir açıqlama yayıb.

“Şahzadə Lətifəyə evdə qulluq edilir. Müalicəsi davam edir. Ən uyğun zamanda ictimaiyyət önünə yenidən çıxacaq”, – açıqlamada bildirilib.

Qeyd edək ki, şahzadə Lətifə dostlarına göndərdiyi və fevralın 16-da BBC-nin “Panaroma” proqramında yayımlanan videoda həyatından narahat olduğunu və atasının onu pəncərəsi və qapısı olmayan qapalı bir villada girov saxladığını demişdi.

Xatırladaq ki, şahzadə Lətifə 2018-ci ildə dəniz yolu ilə ölkədən qaçmağa çalışsa da, o, Hindistanın ərazi sularında BƏƏ qüvvələri tərəfindən saxlanılaraq vətəninə qaytarılıb.