Si Cinpin ABŞ-a gedibbackend

Si Cinpin ABŞ-a gedib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin prezidenti Si Cinpin son 6 ildə ilk dəfə ABŞ-a səfər edib. Onun San-Fransiskoda ABŞ prezidenti Co Baydenlə görüşü nəzərdə tutulub.

Editor.az “Reuters”ə istinadən yazır ki, Çin lideri “Air China” təyyarəsi ilə gəlib. Onu ABŞ rəsmiləri, ABŞ-ın maliyyə naziri Canet Yellen və ABŞ-ın Çindəki səfiri Nicholas Burns qarşılayıb. Si Cinpinin gündəmindəki əsas hadisə Baydenlə görüş olacaq və bu görüş zamanı ABŞ ölkələr arasında münasibətləri yumşaltmağa çalışacaq, həmçinin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Forumunun sammitinin təşkili olacaq.
“Amerikanın Səsi” yazır ki, Çin Ukraynaya dəstək verməkdə və müharibənin başa çatmasına kömək etməkdə rol oynaya bilər. “Söhbət hələ baş tutmayıb və mən prosesləri qabaqlamaq istəmirəm. Düşünürəm ki, onlar Ukraynada baş verənlər barədə mütləq danışacaqlar və prezident açıq şəkildə bildirəcək ki, biz Rusiyanın təcavüzünə qarşı Ukraynanı dəstəkləməyə davam edəcəyik”. Bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının strateji koordinatoru Con Kirbi bildirib.

O, əlavə edib ki, Vaşinqton Çinin İsrailə kömək etməkdə faydalı olması imkanlarını “alqışlayacaq”.

/Samir Qurbanov, Editor.az