Si Cinpin Çinin müharibə hazırlıqlarına başladığını elan etdibackend

Si Cinpin Çinin müharibə hazırlıqlarına başladığını elan etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin lideri Si Cinpin bütün dünya tərəfindən “ciddi qəbul edilməli” olan müharibəyə hazırlıqları açıq şəkildə elan edib.

Editor.az xəbər verir ki, bu barədə Çin parlamentinin xüsusi iclasında bildirilib.

Çin lideri müharibəyə hazırlıqla bağlı bir neçə ayrı çıxış edib. Çıxışlarının birində o, generallara “cəsarətlə döyüşə biləcəklərini” söyləyib. Sinin konkret hansı müharibədən danışdığı tam aydın olmasa da, onun ABŞ və onun müttəfiqlərinə qarşı Tayvan uğrunda savaşdan danışdığını güman etmək çətin deyil.

Bu bəyanatlar Çinin müdafiə büdcəsinin 7,2%-ə qədər artması fonunda verilib. Ölkənin hakimiyyət orqanları qida idxalından asılılığı azaltmaq planlarını da açıqlayıb. Bu arada Çin Müdafiə Nazirliyinin sözçüsü Tanq Kefei Rusiya ordusu ilə “strateji əlaqələri və koordinasiyanı gücləndirdiyini” açıqlayıb.

Onun sözlərinə görə, iki ölkə qlobal təhlükəsizlik sahəsində təşəbbüsləri həyata keçirmək və “beynəlxalq ədalət və qanunçuluğu birgə müdafiə etmək” üçün birgə çalışacaq. Belə ki, Tanq iki ölkə arasında birgə hərbi təlimlər, dəniz sularında və hava məkanında birgə patrul xidməti vəd edib.

   //Samir Qurbanov,Editor.az