Si Çinpin Co Baydenə: Tayvan gec-tez Çinlə birləşəcəkbackend

Si Çinpin Co Baydenə: Tayvan gec-tez Çinlə birləşəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin lideri Si Çinpin ABŞ prezidenti Co Baydenə deyib ki, Birləşmiş Ştatlar “Tayvanın müstəqilliyini” dəstəkləməmək öhdəliyini yerinə yetirmək üçün real addımlar atmalıdır”.

Editor.az xəbər verir ki, bu barədə CNN Çin dövlət mediasına istinadən məlumat verib. İki lider arasında görüş zamanı Si Cinpin ABŞ-ı Tayvanı silahlandırmağı dayandırmağa və onun Çinə “dinc yolla birləşməsini” dəstəkləməyə çağırıb.

“Çin nəhayət qaçılmaz birləşməyə nail olacaq.” Çin lideri həmçinin qeyd edib ki, Tayvan məsələsi ABŞ-Çin münasibətlərində həmişə “ən mühüm və həssas məsələ” olub. Xatırladaq ki, Çinin hakim Kommunist Partiyası Tayvanı öz ərazisi hesab edir, baxmayaraq ki, 23 milyon əhalisi olan adaya heç vaxt nəzarət etməyib. Si Tayvanı “birləşdirmək” üçün güc tətbiqindən də imtina etməyəcəyinə söz verib.

//Samir Qurbanov, Editor.az