Si Cinpin Fələstin dövlətinin yaradılmasının tərəfdarıdırbackend

Si Cinpin Fələstin dövlətinin yaradılmasının tərəfdarıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin prezidenti Si Cinpin Pekinin Yaxın Şərqdəki münaqişə ilə bağlı narahatlığını ifadə edib.

Onun fikrincə, bunu Fələstin dövlətinin yaradılması ilə həll etmək olar: “Fələstin-İsrail münaqişəsi bizi narahat edən məsələdir. Əsas həll yolu müstəqil Fələstin dövlətinin yaradılmasıdır”, -deyə Si “Le Figaro” üçün köşə yazısında yazıb.

Cənab Si həmçinin qeyd edib ki, tarix göstərir ki, “davamlı qeyri-sabitlik” əsasən BMT qətnamələrinin yerinə yetirilməməsi, həmçinin “iki dövlət prinsipinin aşınması və Yaxın Şərqdə sülh prosesindən yayınma” ilə bağlıdır. Onun fikrincə, ölkələr Yaxın Şərqdə sülhün bərpasına kömək etmək üçün əməkdaşlığı gücləndirməlidir.

//Samir Qurbanov, Editor.az