ABŞ prezidenti Co Bayden Çin prezidenti Si Cinpinin “G20” sammitində iştirak etməyəcəyindən məyus olduğunu bildirib.
Editor.az xəbər verir ki, sözgedən sammit sentyabr ayında Yeni Dehlidə baş tutacaq. “Mən məyus oldum, amma mən onu (Çin lideri ilə) görməyə gedirəm”, – deyə Bayden (AFP-dən sitat gətirir) bildirib.
Qeyd edək ki, Bayden və Si sonuncu dəfə 2022-ci ilin noyabrında Balidə keçirilən “G20” sammiti çərçivəsində görüşüblər. Keçən həftə mənbələr Çin prezidentinin böyük ehtimalla “G20” sammitinə getməyəcəyi faktını təsdiqləyiblər.
Rusiyanı isə tədbirdə xarici işlər naziri Sergey Lavrov təmsil edəcək.
//Samir Qurbanov, Editor.az

