Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpin mayın 9-da Moskvada Qələbənin 80 illiyinə həsr olunmuş tədbirdə iştirak edəcək.
Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. O, əlavə edib ki, Rusiya hakimiyyəti bu səfərə böyük əhəmiyyət verir.
Kreml Moskvada keçiriləcək Qələbə Paradına 20-dən çox dövlət və hökumət başçısının gəldiyini elan edib. Hindistanın baş naziri Narendra Modinin əvvəlcə səfər edəcəyi gözlənilirdi, lakin o, iştirak etməyəcək. Slovakiyanın baş naziri Robert Fiko və Ermənistanın baş naziri Nikol Paşinyan da Rusiya paytaxtına səfər planlarından danışıblar. Avropa diplomatiyasının rəhbəri Kaja Kallas Aİ-yə namizəd ölkələrin tədbirdə iştirak etməməsini tələb edib.
//Samir Qurbanov, Editor.az