Si Cinpin Rusiyaya gözləniləndən tez səfər edəcək – Reutersbackend

Si Cinpin Rusiyaya gözləniləndən tez səfər edəcək – Reuters

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin prezidenti Si Cinpin gələn həftə həmkarı Vladimir Putinlə görüşmək üçün Rusiyaya getməyi planlaşdırır.

Editor.az bu barədə Reuters-a istinadla xəbər verir.

Bildirilir ki, səfər planları Çinin Qərbdə şübhə ilə qarşılanan Ukraynada sülhə vasitəçilik etməyi təklif etməsindən sonra ortaya çıxıb. Səfər gözləniləndən tez baş tutacaq.

Qeyd edək ki, Rusiyanın TASS təbliğat agentliyi yanvarın 30-da yazmışsı ki, Putin Si-ni yazda ölkəyə səfərə dəvət edib. Wall Street Journal isə ötən ay yazmışdı ki, Moskva səfəri aprel və ya mayın əvvəlində baş tuta bilər.

Xatırladaq ki, ötən ay Putin Moskvada yüksək səviyyəli çinli diplomat Vanq Yini qəbul edib.

//Gülnarə Abasova, Editor.az