Si Cinpin yaxşı oğlandır, amma çətin adamdır – ABŞ prezidenti Donald Trampbackend

Si Cinpin yaxşı oğlandır, amma çətin adamdır – ABŞ prezidenti Donald Tramp

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp Çin prezidenti Si Cinpinlə yaxşı münasibətdə olduğuna inanır. Amerika lideri bu barədə özünün “Truth Social” sosial şəbəkəsində yazıb.

Donald Tramp eyni zamanda qeyd edib ki, Si Cinpinlə danışıqlar aparmaq çox çətindir: “Mən həmişə Çin prezidenti Si Cinpinə rəğbət bəsləmişəm və bundan sonra da rəğbət bəsləyəcəyəm, lakin o, çox çətin adamdır, onunla razılaşmaq son dərəcə çətindir!”, – Donald Tramp bildirib.

Xatırladaq ki, ABŞ və Çin liderləri arasında telefon danışığı hələ bu həftə baş tuta bilər. Bu barədə Ağ Evin rəsmi nümayəndəsi Karolin Levitt məlumat verib.

//Samir Qurbanov, Editor.az