Si Çinpindən bir telefon zəngi Ukrayna böhranını həll edə bilər – Finlandiya prezidenti Alexander Stubbbackend

Si Çinpindən bir telefon zəngi Ukrayna böhranını həll edə bilər – Finlandiya prezidenti Alexander Stubb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Finlandiya prezidenti Alekander Stubb hesab edir ki, Çin Rusiyadan xahiş etsə, sülh danışıqlarına başlamağa razılıq verəcək.

Eyni zamanda, onun fikrincə, sülh danışıqları atəşkəs şəraitində baş tutmamalıdır: “Rusiya Çindən çox asılıdır. Prezident Si Çinpindən bir telefon zəngi bu böhranı həll edə bilər”, -deyə Stubb “Bloomberg”ə bildirib.

Agentliyin qeyd etdiyi kimi, müsahibə əvvəllər “Rus çarının iqamətgahı” olan prezident sarayında baş tutub. Finlandiya prezidentinin sözlərinə görə, Çin “ərazi bütövlüyü və suverenliklə bağlı beynəlxalq qaydaları müdafiə etməlidir. Bu, düzgün qərardır.

Bu həm də Çinin liderliyini nümayiş etdirəcək”, – o əlavə edib. Eyni zamanda, Stubbın fikrincə, indi “atəşkəs əldə etməkdən” söhbət gedə bilməz. “Bizə real sülh danışıqları lazımdır. Rusiyanın anladığı yeganə şey gücdür. Və biz indi Ukraynaya nə qədər çox kömək etsək, müharibə bir o qədər tez bitəcək”, – Finlandiya prezidenti bildirib.

//Samir Qurbanov, Editor.az