Şiddətli töhmət alan icra başçısı danışdı:”İşimdə dönüş yaratmalıyam”backend

Şiddətli töhmət alan icra başçısı danışdı:”İşimdə dönüş yaratmalıyam”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənab Prezident həmişə haqlıdır, mənimlə bağlı qərarında da haqlıdır. Mənimlə bağlı sərəncamı da qəbul edirəm, başqa cür də ola bilməz”.

Bunu Gununsesi.info-ya açıqlamasında Prezident İlham Əliyevin şiddətli töhmət verdiyi Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə deyib.

Saytımıza açıqlamasında icra başçısı bildirib ki, ölkə başçısının bu qərarından ciddi nəticə çıxaracaq:”İş olan yerdə nöqsan da olur. Mən çalışacağam ki, bu nöqsanlardan nəticə çıxarım və cənab prezidentin etimadını doğruldum”.