Sidneydə aramsız yağan leysan yağışları böyük daşqınlara səbəb olub. Editor.az-ın BBC-yə istinadən verdiyi məlumata görə Avstraliyanın şərqində daşqınlar nəticəsində on minlərlə Sidney sakini evlərini tərk etmyə məcbur olub.
Son iki həftədə Yeni Cənubi Uels (NSW) və Kvinslend ştatlarında daşqınlar ciddi fəsadlara və 20 nəfərin ölümünə səbəb olub.
Daşqınlar davam etdiyi üçün təlafatın artacağı istisna olunmur.
Qeyd edək ki, daşqınlar nəticəsində Sidneydə bu gün daha iki nəfər həyatını itirib.
//Nəzərbəy Hacıağayev, Editor.az

