Şifrəsiz “Wi-Fi”lara qoşulanlara XƏBƏRDARLIQ – Bank kartınızın məlumatları oğurlana bilərbackend

Şifrəsiz “Wi-Fi”lara qoşulanlara XƏBƏRDARLIQ – Bank kartınızın məlumatları oğurlana bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Şifrəsiz “Wi-Fi”lara qoşulan zaman həm bank kartınızın məlumatları oğurlana, həm də telefon zəngləriniz dinlənilə bilər”.

Bu sözləri “Xəzər Xəbər”ə müsahibəsində IKT mütəxəssisi Elvin Abbasov deyib.

Onun sözlərinə görə, ictimai “Wi-Fi” şəbəkələrində yeni hesabların yaradılması və qeydiyyatı təhlükəlidir. Çünki bu halda hakerlər şəxsi məlumatlarınızı əldə edirlər.

Ekspert bu kimi hallarla rastlaşmamaq üçün şifrəsiz girişi mümkün olan “Wi-Fi”lara qoşulmamağı məsləhət görür.

Çünki bu kimi hallarda bank kartı məlumatları oğurlanmaqla yanaşı, həm də telefon zəngləri də dinlənilə bilər.

Ekspertlər hesab edirlər ki, kiberhücumdan qorunmaq üçün proqram təminatını daim yeniləmək və ən son versiyadan istifadə etmək lazımdır.

Ətraflı videoda: