ABŞ-da alış-veriş mərkəzində keçirilən doğum gününə qatılan 16 yaşlı qız bouling salonunda iki nəfər tərəfindən təcavüzə uğrayıb. Cənubi Yorkşir bölgəsindəki alış-veriş mərkəzində bir ad gününə qatılan gənc qızın başına gələnlər böyük əks-səda doğurub.
Editor.az haberler.com-a istinadən xəbər verir ki, yeniyetmə tualetdə təcavüzə məruz qalıb. Ən iyrənci həm də odur ki, təcavüzkarlar etdiklərini videoya çəkiblər. Tualetə gələn digər qızlar hadisəni görüb qışqırıq salıblar. İnsidentdən sonra ticarət mərkəzinin rəhbərliyi imiclərinin ziyan görməməsi üçün qızın ailəsini məhkəməyə müraciət etməkdən çəkindirmək istəyib. “Şikayət etməyin, sizə ömürlük alış-veriş kuponu verəcəyik” təklifini eşidən ana bundan imtina etdi, araşdırmaları hələ də davam edən üç gəncin isə alış-veriş mərkəzinə girməsi ömürlük qadağan edilib.

