Siklon ölkə ərazisini tədricən tərk edirbackend

Siklon ölkə ərazisini tədricən tərk edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 20-dən yaxınlaşan yeni siklonla bağlı hava yenidən pisləşəcək

Editor.az Real TV-yə istinadən bildirir ki, fevralın 17-dən etibarən Türkiyə bölgəsindən Azərbaycan ərazisinə gələn soyuq hava siklonu artıq tədricən ölkəmizi tərk edir.

Fevralın 17-də və 18-də bölgələrdə və paytaxt Bakıda qeyri sabit hava şəraiti müşahidə olunurdu.

Bölgələrdə yağan qarın sevincinə paytaxt sakinləri şərik ola bilmədilər. Bakıda havanın soyuq keçməsinə baxmayaraq müxtəlif yerlərdə ancaq sulu qar yağdı.

Yaxın 2 gün ərzində hava şəraiti qismən stabilləşsədə, fevralın 20-dən ölkə ərazisində yenidən qeyri sabit hava şəraiti müşahidə olunacaq.

Fevralın 19-da isə Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.

Şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq. Dağlıq və dağətəyi rayonlarında havanın yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək.