“Silahı yerə qoymayanlar məhv ediləcək” – Qazaxıstan DİN-dən xəbərdarlıqbackend

“Silahı yerə qoymayanlar məhv ediləcək” – Qazaxıstan DİN-dən xəbərdarlıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan Daxili İşlər Nazirliyi onların silahı yerə qoymaq tələblərinə müqavimət göstərənlərin məhv ediləcəyini açıqlayıb.

Editor.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “Sputnik Qazaxıstan”a DİN-dəki mənbə bildirib.

“Silahların yerə qoyulması ilə bağlı qanuni tələblərə silahlı müqavimət göstərildiyi halda, onlar (iğtişaşların iştirakçıları – red.) məhv edilir”, – agentliyin məlumatında ​​deyilir.

Qeyd olunur ki, Qazaxıstanın vilayətlərində polis və Milli Qvardiya dəstələrinin patrul xidməti gücləndirilib, nəzarət-buraxılış məntəqələri yaradılıb, hüquq-mühafizə orqanlarını pozan şəxslər və cinayətkarlar müəyyən edilərək saxlanılır.