Naməlum silahlı şəxs son 3 saatdan artıqdır İstanbulun ətrafında yerləşən iri müəssisənin işçilərini girov saxlayır.
Editor.az xəbər verir ki, bu barədə yerli KİV yazır. Onların sözlərinə görə, söhbət Kocaeli vilayətində yerləşən “Procter & Gamble” şirkətindən gedir.
İlkin məlumata görə, hadisə təxminən saat 15:00 radələrində baş verib. Hadisə yerinə xüsusi təyinatlılar gəlib. Əyalət valisi da ora gedib. Cinayətkarın psixi problemlərinin olduğu bildirilir. O, öz hərəkətlərini İsrailin Qəzza zolağındakı hərbi əməliyyatlarına etiraz adlandırır.
//Samir Qurbanov, Editor.az

