Litva Prezidentinin mətbuat xidməti xəbər verir ki, Baltik və Şimali Avropa ölkələrinin (NB8) liderləri Ukraynanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə dəstəklərini təsdiqləyib və ABŞ Prezidenti Donald Trampın sülh təşəbbüsünü alqışlayıblar.
Bəyanatda vurğulanıb ki, sülh yalnız qətiyyətli diplomatiya, Ukraynaya sarsılmaz dəstək və Rusiyaya qanunsuz müharibəni dayandırması üçün davamlı təzyiqin birləşməsi ilə mümkün ola bilər.
Sənədə əsasən, diplomatik həll yolu Ukrayna və Avropanın əsas təhlükəsizlik maraqlarını nəzərə almalı, Kiyevin suverenliyini və ərazi bütövlüyünü effektiv şəkildə müdafiə etməsinə imkan verəcək etibarlı zəmanətləri təmin etməlidir. Liderlər beynəlxalq sərhədlərin güc yolu ilə dəyişdirilə bilməyəcəyi prinsipinə sadiqliklərini bir daha təsdiqləyiblər.
//Samir Qurbanov, Editor.az

