Şimali Kiprin təcridinə son qoyulur: 3 ölkədən tarixi gedişbackend

Şimali Kiprin təcridinə son qoyulur: 3 ölkədən tarixi gediş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Kipr Türk Cümhuriyyətinin təcridinə son qoyulur.

Şimali Kiprin 50 illik izolyasiyası üç ölkədən birbaşa uçuşlarla başa çatır. Rusiya, Azərbaycan və Qırğızıstanla danışıqlar davam edir. Mart ayında 10 milyon tutumla istifadəyə veriləcək yeni Ercan Hava Limanı ilk turistləri qəbul edəcək.

Əslində ŞKTC üçün ilk müsbət xəbər 2022-ci ilin son günlərində Türk Dövlətləri Təşkilatının ŞKTC-yə “müşahidəçi üzv” statusu verməsi ilə başlayıb. Bundan əlavə, prezident Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev Kipr məsələsini tez-tez gündəmə gətiriblər. Ötən ilin noyabr ayından etibarən Rusiya Ercan hava limanına birbaşa uçuşlar açmağı hədəfləmişdi. Rusiyanın münasibətindəki bu dəyişikliyin ən təsirli səbəblərindən biri rus şirkətlərinin Cənubi Kiprdə uzunmüddətli investisiyalarının olması, lakin Ukrayna müharibəsində kifayət qədər dəstək almamasıdır.

milli.az