2024-cü ildə Şimali Koreya ilə Cənubi Koreya arasında birbaşa silahlı qarşıdurma riski ən yüksək həddədir.
Editor.az xəbər verir ki, bunu Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) bildirib. Cənubi Koreyanın 2024-cü ildə keçirəcəyi hərbi təlimlərin riskləri ilə bağlı xəbərdarlıqlar edilib və ölkənin döyüş mövqeyinin gücləndirilməsi ilə bağlı açıqlamalar verilib.
“Kuklaların tələbi və fəal əməkdaşlığı ilə daha çox müdaxiləçi, xüsusən də ABŞ və Yaponiya Koreya yarımadasında dolaşaraq, nüvə hücumu da daxil olmaqla, misli görünməmiş miqyasda təxribat xarakterli hərbi siyasət yürüdəcək”, – deyə məlumatda bildirilir. .
Bildirilir ki, bu kontekstdə Şimali Koreya ilə Cənubi Koreya arasında birbaşa hərbi münaqişə riski ən yüksək həddədir.
//Gülnarə Abasova, Editor.az

