Şimali Koreya ABŞ-a “hərbi blef” riski barədə xəbərdarlıq edibbackend

Şimali Koreya ABŞ-a “hərbi blef” riski barədə xəbərdarlıq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreyanın Müdafiə Nazirliyi ABŞ və Cənubi Koreyanın Amerikanın B-1B bombardmançı təyyarələrindən istifadə edərək bölgədə keçirdiyi hərbi təlimlərin onlar üçün mənfi nəticələri olacağı barədə xəbərdarlıq edib.

Editor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Şimali Koreya Xarici İşlər Nazirliyi ABŞ-ın “blöf hərbi hərəkətləri”nin ölkənin suverenliyi və yarımadadakı vəziyyət üçün təhlükə yaratdığını vurğulayıb. Pxenyan “böyük çəkindirici vasitələrdən istifadə etməklə” Vaşinqtonu Şimali Koreyaya qarşı təxribatların səviyyəsinin artırılmasının ABŞ üçün daha böyük təhlükə demək olduğunu başa düşməyə məcbur edəcək.

“Şimali Koreya silahlı qüvvələri heç bir şəraitdə düşmən qüvvələrin dövlətin suverenliyinə və təhlükəsizliyinə ən kiçik təhdid yaratmasına imkan verməyəcək və ABŞ-ın təcavüzkar niyyətlərinin qarşısını almaq üçün güclü vasitədən istifadə edəcək”, – bəyanatda deyilir.

Qeyd edək ki, mart ayında ABŞ ordusu və Cənubi Koreya qoşunları pilotsuz uçuş aparatları və dördayaqlı robot itlərdən istifadə edərək Şimali Koreyada yeraltı tunelləri və bunkerləri bloklamaq və ələ keçirmək üçün təlim keçirib. Təlimdə Cənubi Koreya istehsalı olan İHA-lar və İsveç istehsalı olan gəzinti robotları da daxil olmaqla ən müasir hərbi maşınlardan istifadə edilib.

//Gülnarə Abasova, Editor.az