Şimali Koreya ABŞ prezidenti Donald Trampın “Qızıl Qübbə” raketdən müdafiə sistemi qurmaq planını sərt şəkildə tənqid edib.
Editor.az bu barədə Bloomberg-ə istinadla xəbər yayıb.
Koreya Mərkəzi Xəbər Agentliyi Şimali Koreya Xarici İşlər Nazirliyinə bağlı bir institutun memoranduma istinadla bildirib ki, Amerika proqramı Vaşinqtonun birqütblü hökmranlıq strategiyasını dəstəkləyən kosmosda nüvə müharibəsi ssenarisidir.
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Rusiya ABŞ-ın “Qızıl Qübbə” raketdən müdafiə sistemini quraşdırmaq istəyi ilə bağlı təşviş üçün heç bir əsas görmür, lakin öz təhlükəsizliyini təmin etmək istəyir. O, Rusiya prezidenti Vladimir Putinin Rusiya strateji komplekslərinin istənilən raketdən müdafiə sistemini nüfuz etməyə qadir olduğu sözlərini xatırladıb.
Prezident Donald Tramp ABŞ-ın bu ilin yanvarında çoxmilyardlıq “Qızıl Qübbə” raketdən müdafiə sisteminin tikintisinə başlayacağını açıqlayıb. O, nəhəng peyklər və kosmik gəmilər bürcündən ibarət olacaq və əgər amerikalılar ciddidirsə, orbitə çıxan lazerləri də əhatə edəcək.
//Gülnarə Abasova, Editor.az