“ABŞ və G7 Şimali Koreya ilə Rusiya Federasiyası arasında normal əməkdaşlığı təhrif etməyə və ləkələməyə çalışır”.
Editor.az Koreya Mərkəzi Xəbər Agentliyinə istinadla xəbər verir ki, Şimali Koreya Xarici İşlər Nazirliyi bu ölkələrin Şimali Koreyaya təzyiq mühiti yaratmağa çalışdığını bildirib. Bəyanatda deyilir: “ABŞ G7 ölkələri ilə birlikdə Şimali Koreya ilə Rusiya Federasiyası arasında normal əməkdaşlıq əlaqələrinin mahiyyətini təhrif və böhtan atdıqları “birgə bəyanat” uydurdu və yayımladı”.
Şimali Koreya Xarici İşlər Nazirliyi ABŞ və onun tərəfdarlarının ölkələrin suverenliyinə və daxili işlərinə qarışmamaq prinsipinə zərbə vurmağa yönəlmiş düşünülməmiş təxribatlarını qətiyyətlə rədd etdiklərini vurğulayıb. Bundan əlavə, ABŞ-ın hegemonluğa və müstəsna müttəfiqlik hüquqlarına yönəlmiş avantürist hərbi siyasəti nəticəsində Avropada vəziyyətin daha da qeyri-sabitləşdiyi bildirilib.
Bəyanatda deyilir: “ABŞ və onun qüvvələrinin düşməncəsinə hərəkəti beynəlxalq sülh və təhlükəsizliyin əsaslarını sarsıdan, müstəqil dövlətlərin suverenliyinə ehtiyatsızcasına hücum edən və siyasi motivli təxribatdan kənara çıxan ciddi təhlükədir”. Şimali Koreya Xarici İşlər Nazirliyi əlavə edib ki, ABŞ-ın Şimali Koreya ilə bağlı indiki siyasətini davam etdirmək bu ölkə ilə münasibətlərdə təkrarən uğursuzluqlara səbəb olacaq.
Qeyd edək ki, Bundan əvvəl G7, Avstraliya, Yeni Zelandiya və Cənubi Koreyanın xarici işlər nazirləri Rusiya və Şimali Koreya arasında hərbi əməkdaşlığı pisləmişdilər.
//Gülnarə Abasova, Editor.az