Şimali Koreya Cənubi Koreyanı rəsmən “düşmən dövlət” elan etdi: konstitusiyaya dəyişiklik olundubackend

Şimali Koreya Cənubi Koreyanı rəsmən “düşmən dövlət” elan etdi: konstitusiyaya dəyişiklik olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreya Cənubi Koreyanı rəsmi olaraq “düşmən dövlət” kimi tanımaq üçün konstitusiyasına dəyişiklik edib.

Editor.az bildirir ki, bu barədə oktyabrın 17-də Şimali Koreyanın dövlət xəbər agentliyi KCNA məlumat yayıb. Məlumata görə, oktyabrın 15-də Şimali Koreya özünü “düşmən dövlət”dən ayırmaq üçün avtomobil yollarını və dəmir yollarını partladıb.

“Bunlar [Cənubi] Koreyanı tamamilə düşmən dövlət kimi müəyyən edən respublika konstitusiyasının tələblərinə və düşmən qüvvələrin hərbi-siyasi təxribatları nəticəsində gözlənilməz müharibənin ciddi təhlükəsinə əsaslanan qaçılmaz və hüquqi tədbirlərdir”. bəyanatda deyilir.

KXDR Müdafiə Nazirliyinin nümayəndəsi bildirib ki, cənub sərhədinin blokadaya alınmış hissəsi “əbədi qala”ya çevriləcək.

//Samir Qurbanov, Editor.az