Şimali Koreya Cənubi Koreyaya doğru gedən bütün yerüstü kommunikasiya vasitələrini dağıdıbbackend

Şimali Koreya Cənubi Koreyaya doğru gedən bütün yerüstü kommunikasiya vasitələrini dağıdıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koreya Mərkəzi Xəbər Agentliyinin verdiyi məlumata görə, Şimali Koreya hakimiyyəti cənub sərhədinin şərq və qərb bölgələrində Cənubi Koreya ilə dəmir yolu və nəqliyyat əlaqələrini “tamamilə fiziki olaraq kəsmək” üçün tədbirlər görüb. KCNA, Cənubi Koreya tərəfinin daha əvvəl elan etdiyi avtomobil və dəmir yollarında baş verən partlayışların görüntülərini dərc edib.

Agentliyin məlumatına görə, partlayışlar oktyabrın 15-də Qanqvon əyalətinin Qamho və Panmun rayonunun Donqnae kəndində 60 metr yolda həyata keçirilib. KXDR hakimiyyəti görülən tədbirləri ölkə konstitusiyasının Cənubi Koreyanı “tamamilə düşmən dövlət” kimi tanıması ilə izah edib.

KXDR Müdafiə Nazirliyi gələcəkdə “bağlanan cənub sərhədini əbədi qalaya çevirmək” üçün tədbirlər görməyi planlaşdırdıqlarını bildirib.

//Samir Qurbanov, Editor.az