Şimali Koreya Cənubi Koreyaya doğru içərisində müxtəlif zibillər olan şarlar buraxıbbackend

Şimali Koreya Cənubi Koreyaya doğru içərisində müxtəlif zibillər olan şarlar buraxıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreya Cənubi Koreyaya doğru 150-dən çox şar göndərib. Hava toplarının içərisində müxtəlif zibillər olub: plastik butulkalar, batareyalar, ayaqqabı hissələri və hətta peyin.

Editor.az bildirir ki, bu barədə Cənubi Koreyanın “Yonhap” agentliyi ölkənin Birləşmiş Qərargah Rəisləri Komitəsinə (JCS) istinadən məlumat verib. Hərbçilərin məlumatına görə, şarlar dünən, mayın 28-i axşam saatlarında havaya buraxılmağa başlayıb. Sərhədi keçdikdən sonra obyektlər ölkənin cənub-şərqindəki Cənubi Gyeongsang əyalətinə çataraq yerə düşüb.

JCS nümayəndəsi bildirib ki, şarlar ətraflı təhlil üçün toplanıb. “Şimali Koreyanın bu hərəkətləri beynəlxalq hüququ açıq şəkildə pozur və xalqımızın təhlükəsizliyini ciddi şəkildə təhdid edir.

Biz KXDR-ni qeyri-insani və vulqar hərəkətlərini dərhal dayandırmağa çağırırıq”, – qərargah əlavə edib. JCS belə hallar üçün təhlükəsizlik tədbirlərinin hazırlanması üçün polis və hökumətlə işləyəcəyinə söz verdi.

//Samir Qurbanov, Editor.az