Şimali Koreya daha üç ballistik raketi sınaqdan keçiribbackend

Şimali Koreya daha üç ballistik raketi sınaqdan keçirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreya daha üç ballistik raketin sınağını həyata keçirib və raketlərdən birinin qitələrarası olduğu bildirilir.

Editor.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə açıqlama Cənubi Koreya Baş Qərargahından verilib.

Yaponiyanın Müdafiə Naziri Nabuo Kişi məsələ ilə bağlı açıqlama verib.

“Birinci raket 550 km, ikincisi 300 km, üçüncüsünün isə 750 km məsafə qət etdiyini bilirik. Ancaq raket sonradan radalarımızdan yox oldu. Bununla bağlı analizlərimiz davam edir. Bu tipli sınaqlar regionun təhlükəsizliyinə təhdiddir”,-deyə Nabuo Kişi bildirib.

Qeyd edək ki, bu, Şimali Koreyanın ilin əvvəlindən həyata keçirdiyi 16-cı raket sınağıdır.

//Nəzərbəy Hacıağayev, Editor.az