Bu gün dünyada vəziyyət İkinci Dünya Müharibəsi ərəfəsini xatırladır.
Editor.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyinin (KXDR-ə aid olan KCNA) məqaləsində deyilir.
Editor.az xəbər verir ki, jurnalistlər Yaponiyanın baş naziri Fumio Kişidanın Almaniyaya səfərini belə şərh ediblər. Onlar İkinci Dünya Müharibəsi başlamazdan əvvəl faşist Almaniyası ilə militarist Yaponiyanın necə hərbi ittifaq yaratdıqlarını xatırladıblar. Məqalə müəlliflərinin fikrincə, dünya müharibəsində uduzan dövlətlərin bir-biri ilə gizli müqavilələr bağlaması, bir-birinin ardınca aqressiv hərbi təlimlər keçirməsi Asiya-Sakit okean regionunda vəziyyəti gərginləşdirən ciddi səbəbdir.
Şimali Koreya da Kişidanın NATO-nun Vaşinqtonda keçirilən sammitində iştirakını tənqid edərək onun buna “ən kiçik haqqı və əsasının” olmadığını təkid edib. Pxenyan həmçinin Tokioya xəbərdarlıq edib ki, xarici güclərlə hərbi sövdələşmə özünü məhv etmək üçün bir yoldur və region heç kimin qüvvələrinin, xüsusilə NATO kampaniyasının nümayişi üçün tramplin olmayacaq.
//Gülnarə Abasova, Editor.az

