Şimali Koreya əsgəri ölkənin şərqində sərhədi keçərək Cənubi Koreyaya qaçıb.
Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri (JCS) iddia edilən qərargah çavuşunun qaçdığını təsdiqləyib və müvafiq orqanlar araşdırmaya başlayıb.
Editor.az “Yonhap” xəbər agentliyinə istinadən bildirir ki, hadisə bu gün, avqustun 20-də səhər saatlarında baş verib. Cənubi Koreya hərbçiləri əsgəri iki Koreyanı ayıran demilitarizasiya zonasında hərbi demarkasiya xəttinin şimalında tapıblar. Həmin şəxs haqqında ətraflı məlumat verilmir. JCS əlavə edib ki, “Şimali Koreya ordusu tərəfindən hələlik qeyri-adi hərəkətlər qeydə alınmayıb”.
Cənubi Koreyanın Birləşmə Nazirliyinin hesablamalarına görə, 2023-cü ildə 196 KXDR vətəndaşı ölkəyə keçib. 2024-cü ilin iyun ayının sonuna olan məlumata görə, qaçanların sayı 105 nəfərdir. İyunun ortalarında Cənubi Koreya ordusu Şimaldan gələn bir neçə əsgərin sərhədi keçdiyini və xəbərdarlıq atəşi açaraq geri çəkilməyə məcbur edildiyini bildirib. İyul ayında Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti Şimali Koreyanın Havanadakı diplomatik missiyasının yüksək rütbəli üzvünün ölkəyə qaçdığını da təsdiqləyib. O, qaçmasının səbəblərindən biri kimi Meksikada müalicəyə qadağa qoyulmasını göstərib.
//Samir Qurbanov, Editor.az

