Ukrayna hərbçiləri Kursk vilayətində yaralı Şimali Koreya əsgərini əsir götürüblər.
Bu barədə “Yonhap” Xəbər Agentliyi Cənubi Koreya kəşfiyyatına istinadən məlumat yayıb. Dekabrın 27-də Koreya Respublikasının Milli Kəşfiyyat Xidməti bu faktı təsdiqləyib. “Dost ölkənin kəşfiyyat təşkilatı ilə real vaxt rejimində məlumat mübadiləsi vasitəsilə biz yaralı Şimali Koreya əsgərinin əsir götürülməsini təsdiqlədik və vəziyyətlə bağlı gələcək inkişafı diqqətlə nəzərdən keçirmək niyyətindəyik”, – deyə bəyanatda bildirilir.
Əsgər əsir götürülməzdən əvvəl yaralanıb. Onun şəkli internetdə nümayiş etdirilib. Şimali Koreyalı MTR-nin uğurlu əməliyyatı nəticəsində ələ keçirilib. Ukraynalılar həmçinin çoxlu hərbi qənimətlət, o cümlədən anti-kumulyativ mühafizəsi olan zirehli personal daşıyıcısı ələ keçirdilər.
//Samir Qurbanov, Editor.az