Şimali Koreya: “Fiziki güc regionda sülh və sabitliyi qorumağın yeganə yoludur “backend

Şimali Koreya: “Fiziki güc regionda sülh və sabitliyi qorumağın yeganə yoludur “

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreyanın müdafiə naziri Kan Sun Nam ABŞ-ı Avropa və Şimal-Şərqi Asiyada hərbi gərginliyi artırmaqda günahlandıraraq bildirib ki, fiziki güc Koreya yarımadasında və regionda sülhü və sabitliyi qorumaq üçün yeganə yoldur.

Editor.az xarici mediaya istinadən bildirir ki, o, Rusiyanın paytaxtı Moskvada keçirilən Beynəlxalq Təhlükəsizlik Konfransında ölkəsinin oradakı nümayəndəliyi vasitəsilə çıxış edib.

“Biz öz suveren hüquqlarını və təhlükəsizlik maraqlarını müdafiə etmək üçün amansız mübarizə aparan Rusiyanın hərbi qüvvələrini və xalqını tam dəstəkləyirik”, – Kan bildirib.

ABŞ-ın hərbi fəaliyyətini tənqid edən Kan, onun nüvə sualtı qayıqları və təyyarə gəmilərinin Cənubi Koreyaya səfərlərini, eləcə də gələn həftə başlayacaq ABŞ-Cənubi Koreya birgə hərbi təlimlərini əsas gətirərək Vaşinqtonu “nüvə müharibəsində” ittiham edib.

//Safura Bənnayeva, Editor.az