Şimali Koreya gəmi qəzası ilə bağlı araşdırmaya başlayıbbackend

Şimali Koreya gəmi qəzası ilə bağlı araşdırmaya başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreyada xüsusi bir qrup esminesdə baş verən qəza ilə bağlı araşdırmalara başlayıb və ilkin araşdırmada gəminin ciddi zədə almadığı, bərpasının təxminən 10 gün çəkəcəyini bildirilib.

Editor.az bu barədə Koreya Mərkəzi Xəbər Agentliyinə istinadla xəbər verir.

“Esminesin işə salınması zamanı baş vermiş qəza ilə bağlı istintaq qrupu Cheongjin gəmiqayırma zavodunda baş vermiş böyük qəza ilə bağlı aktiv araşdırmaya başlayıb. İstintaq qrupuna prokurorluq orqanı və müvafiq ekspertlər daxildir”,- açıqlamada deyilib.

Esmines yoxlanıldıqdan sonra gəminin dibində konstruktiv zədələnmə olmadığı bildirilib. Lakin gəminin sağ tərəfində cızıqların olduğu və arxa tərəfdən gəmiyə az miqdarda dəniz suyunun sızdığı açıqlanıb.

Dünən bildirilib ki, mayın 21-də Çonjin limanında yeni 5 min tonluq deplasmanlı esminesin suya buraxılması zamanı ciddi qəza baş verib. Ölkə lideri Kim Çen In zədələnmiş gəminin Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin iyunda keçiriləcək plenar iclasında təmir olunmasını əmr edib.

//Gülnarə Abasova, Editor.az