KXDR hərbçiləri Cənubi Koreya sərhədi istiqamətində yolları partlatmağa hazırlaşır.
Editor.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Koreya Respublikası silahlı qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin (JCS) məlumatlarına istinadən xəbər verir. “Koreya Xalq Ordusunun (KPA) oktyabrın 9-da verdiyi bəyanatdan sonra, onların hərbçiləri Gyeongisong və Donghae xətləri boyunca yolların bombalanması ilə əlaqəli olduğu güman edilən fəaliyyətlərlə məşğul olublar”, – JCS-in bəyanatında deyilir.
Birinci xətt Kaesong və Paju şəhərlərini birləşdirir və Koreya yarımadasının qərbində yerləşir, ikincisi Yapon dənizinin sahillərinə yaxındır.
Birləşmiş Qərargah Rəislərinin sözçüsü Li Sung-Jung bildirib ki, Cənubi Koreya ordusu Şimali Koreyalıların yollarda ekranlar quraşdırdığını müşahidə edib. Linin fərziyyələrinə görə, bu fəaliyyətlər “bu gün baş verə biləcək” partlayışlara hazırlıq məqsədilə həyata keçirilir.
Xatırladaq ki, oktyabrın 9-da KPA Baş Qərargahı Cənubi Koreya ilə nəqliyyat əlaqələrinin bağlandığını elan edib. Pxenyan qeyd edib ki, bunlar “ardıcıl ərazi demarkasiyası üçün praktiki tədbirlərdir”. Qərar Seulda tənqid edilib.
//Samir Qurbanov, Editor.az