Şimali Koreya kosmosa hərbi peyk buraxacaq.
Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, müvafiq olaraq, Yaponiya Sahil Mühafizəsi Pxenyanın dekabrın 1-dək hərbi peyk buraxacağı barədə onlara məlumat verdiyini qeyd edib.
Yaponiyanın baş naziri Kişida Fumio Şimali Koreyanın üçüncü cəhdi olacaq bu peyk buraxılışı ilə bağlı jurnalistlərə açıqlama verərək, bunun Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının qətnamələrini pozacağını bildirib.
Kişida əlavə edib ki, Yaponiya peykin buraxılması ilə bağlı məlumatların toplanması və təhlili üçün maksimum səy göstərəcək.
Digər tərəfdən ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller mətbuat konfransında Şimali Koreya ilə Rusiya arasında hərbi əməkdaşlıq mövzusuna toxunub.
Miller ABŞ-ın Pxenyanın ballistik raket proqramı, eləcə də Rusiya ilə Şimali Koreya arasındakı hərbi əməkdaşlıqla bağlı narahatlığını təkrarlayıb və onları yaxından izləməyə davam edəcəklərini bəyan edib.
//Səbinə Hüseynli,Editor.az

