Şimali Koreya Konstitusiyasında dəyişiklik edibbackend

Şimali Koreya Konstitusiyasında dəyişiklik edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreya konstitusiyanın adından “sosialist” sözünün çıxarılması və sənədə bir sıra dəyişikliklərin edilməsi barədə qərar qəbul edib.

Editor.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyinə istinadən məlumat yayılıb.

Agentliyin bildirdiyinə görə, Şimali Koreyada 15-ci Ali Xalq Məclisinin ilk sessiyasının ikinci günündə Məclisin sədri Cho Yonq-von hesabatla çıxış edib. O, qeyd edib ki, respublika konstitusiyasına edilən dəyişikliklər yeni inkişaf mərhələsinin tələblərinə cavab verir və sosialist quruculuğun uğurla davam etdirilməsinin hüquqi təminatı baxımından mühüm mərhələ hesab olunur.

KCNA-nın məlumatına görə, Cho Yonq-von “Koreya Xalq Demokratik Respublikasının Sosialist Konstitusiyası”nın adının “Koreya Xalq Demokratik Respublikasının Konstitusiyası” olaraq dəyişdirilməsini nəzərdə tutan qanun layihəsinin məzmunu barədə də ətraflı məlumat verib.

Ali Xalq Məclisi təqdim olunan layihəni müzakirə edərək, mövcud sosialist konstitusiyaya dəyişiklik və əlavələrin edilməsi barədə yekdilliklə qərar qəbul edib.

//Gülnarə Abasova, Editor.az