Şimali Koreya lideri: “2024 müharibəyə hazırlığın zirvə ili olacaq”backend

Şimali Koreya lideri: “2024 müharibəyə hazırlığın zirvə ili olacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreya lideri Kim Çen In hərbi qarşıdurma baş verəcəyi təqdirdə ABŞ və Cənubi Koreyanın paytaxtları – Vaşinqton və Seulun məhv ediləcəyi ilə hədələyib.

Kim Çen In müvafiq bəyanatı Şimali Koreya ordusunun komandirləri ilə Yeni il görüşündə səsləndirib.

O vurğulayıb ki, Pxenyan düşmənləri məhv etmək üçün bütün supergüclü silah arsenalından istifadə etməyə hazırdır.

KXDR lideri əlavə edib ki, 2024 müharibəyə hazırlığın gücləndirilməsi üçün zirvə ili olacaq.