Şimali Koreya lideri Kim Çen In “Maybach” markalı avtomobil alıb, baxmayaraq ki, onun respublikaya tədarükü sanksiyalarla qadağandır.
Editor.az bildrir ki, Cənubi Koreyanın SBS yayım şirkəti avtomobil dəyişikliyinə diqqət çəkərək yazıb ki, dekabrda Pxenyanda keçirilən milli analar qurultayından çəkilmiş videoda avtomobilin arxa qapısının arxa hissəsində “Maybach”, baqajda isə S650 işarəsinin olması diqqət çəkir. SBS xəbər verir ki, görünür, söhbət 2019-cu ildə buraxılan “Benz Maybach”dan gedir.
Kim Çen Inın sentyabrda Rusiyaya səfəri zamanı köhnə avtomobildən istifadə etdiyi dəqiqləşdirilir. SBS bundan belə nəticəyə gəlir ki, Şimali Koreya lideri avtomobili oktyabr və ya noyabrda dəyişib. “Maybach KXDR-də dəbdəbəli əşya hesab olunduğundan, onların ölkəyə tədarükü BMT Təhlükəsizlik Şurasının qərarı ilə qadağan edilib.
//Samir Qurbanov, Editor.az

