Şimali Koreya lideri Kim Çen In Cənubi Koreyanı “ən düşmən dövlət” hesab edirbackend

Şimali Koreya lideri Kim Çen In Cənubi Koreyanı “ən düşmən dövlət” hesab edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreya lideri Kim Çen In hesab edir ki, Cənubi Koreya qarşıdurma siyasəti aparır və ən düşmən dövlətdir.

Editor.az Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istinadən xəbər verir ki, o, bu fikri müdafiə sənayesi müəssisələrində olarkən bildirib. Kim Çen In deyib ki, Şimali Koreya “görünməmiş böyük güc toplamağa davam etməlidir”. Bunu dəstəkləyərək, o, Şimali Koreyanın “təxminən 80 ildir ki, bizim rejimimizi və sistemimizi devirmək üçün yalnız qəddar qarşıdurma apardığını” bildirib.

“Bu, Cənubi Koreyanın KXDR üçün ən düşmən ölkə kimi tanınmalı olduğu tarixi məqamdır və biz bu reallığı tanıyırıq”, – Şimali Koreya lideri bildirib.

//Samir Qurbanov, Editor.az