Şimali Koreya lideri Kim Çen In nüvə zərbəsi endirməkdə tərəddüd etməyəcəyini deyirbackend

Şimali Koreya lideri Kim Çen In nüvə zərbəsi endirməkdə tərəddüd etməyəcəyini deyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Düşmən “nüvə silahı ilə təxribat törədərsə” Şimali Koreya nüvə zərbəsi endirməkdən çəkinməyəcək.

Editor.az xəbər verir ki, bunu Şimali Koreya lideri Kim Çen In bildirib. Onun sözlərinə görə, Şimali Koreyanın bu həftə qitələrarası ballistik raket buraxması bu hazırlığın göstəricisidir.

Xatırladaq ki, dekabrın 18-nə keçən gecə Şimali Koreya “Hwasong-18” qitələrarası ballistik raketini buraxıb. KXDR lideri bunu “düşmən qüvvələrə siqnal” və Birləşmiş Ştatların “səhv qərar” verəcəyi təqdirdə hərəkətə keçməyə hazır olduğunun nümayişi adlandırıb.

Yaponiyanın məlumatına görə, raket Okuşiri adasından 250 km qərbdə, Yapon dənizindəki eksklüziv iqtisadi zonadan kənarda düşüb. Tokio hesab edir ki, fərqli trayektoriya ilə raket ABŞ-ın istənilən yerinə çata bilərdi.

//Samir Qurbanov, Editor.az